Antiinhisar siyasəti
Antiinhisar siyasəti (antimonopoly policy) – inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması, aradan qaldırılması üzrə dövlət siyasətidir. Antiinhisar siyasətinin tərkib hissəsi olan tənzimləmə tədbirlərindən aşağıdakıları qeyd etmək olar:
1) İnhisarçı təsərrüfat subyektlərinin məhsullarının (xidmətlərinin) qiymətləri üzərində dövlət nəzarətinin müəyyən olunması, bəzi hallarda isə maksimal qiymətin müəyyən edilməsi.
2) Təsərrüfat subyektlərinin birləşdirilməsinə və qovuşmasına dövlət nəzarəti.
3) Təsərrüfat subyektlərinin gəlirlərindən tutulan vergilərə onların bazardakı payına uyğun olaraq mütərəqqi vergi dərəcələrinin tətbiq edilməsi.
4) Barter əməliyyatlarının qadağan edilməsi və kredit verilməsi şərtlərinin sərtləşdirilməsi.
5) İnhisarçı təsərrüfat subyektlərinə dövlət köməyinin bütün növlərinin dayandırılması, xüsusi hallarda həmin müəssisələrin məcburi bölünməsinin təşkili.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı