Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu (State Social Protection Fund of Azerbaijan Republic) – büdcədənkənar dövlət fondudur. Əhalinin ayrı-ayrı təbəqələrinin sosial müdafiəsini təşkil etmək məqsədilə mərkəzləşdirilmiş pul fondunun yaradılması və istifadəsi formasıdır, fondun gəlirləri məcburi dövlət sosial sığorta haqları və dövlət büdcəsindən ayırmalar (transferlər) hesabına formalaşır. Fondun başlıca xərc istiqamətləri aşağıdakılardır:
1.Əhaliyə ödənişiər (pensiyaların ödənilməsi; sosial pensiyaçıların və onlara bərabər tutulanların pensiyalarının ödənilməsi; müavinətlərin ödənilməsi);
2. Sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər;
3. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri;
4. Məşğulluq tədbirlərinin həyata keçirilməsi, məşğulluq orqanlarının saxlanılması xərcləri;
5. Əlillərinsosiaf müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması xərcləri;
6. Sığorta olunanların fərdi uçot sisteminin tədbiqi ilə bağlı xərclər və s.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı