Baumol effekti
Baumol effekti (Baumol effect) – iqtisadi inkişaf dövründə xidmətlərin qiymətlərinin tədricən bahalaşması, sənaye məhsullarının qiymətlərinin isə bunun əksinə ucuzlaşmasını nəzərdə tutan iqtisadi effekt. Bu effekti 1967-ci ildə Nyu-York Universitetinin professoru Vilyam Baumol aşağıdakı kimi təsvir edirdi: məhsuldarlığın artması və yenitexnologiyalara qoyulan investisiyalar kapitaltutumlu sahələrdə qiymətləri azaldır. Daha çox əməktutumlu olan xidmət sektorunda isə əks proses baş verir. Eyni zamanda, biz zəif inkişaf etməkdə olan ölkələrdə sənaye məhsullarının xidmətlərə nisbətən baha olduğunu görürük. Bütün bunlara baxmayaraq, Baumol effekti mütləqləşdirilməməlidir. Belə ki, bəzi qeyri-sənaye sahələri, məsələn, telekommunikasiya qiymətlərin azalmasından yararlanır. Xidmət sahəsində məhsuldarlığın ölçülməsinin çətin olması da nəzərə alınmalıdır. Baumol effekti müəyyən qədər dövlət xərclərinin artımının izahında da istifadə olunur. Çünki hökumətlər də, öz növbəsində, əhalinin əmtəələrdən çox xidmət təchizatçıları kimi çıxış edirlər.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı