İllik göstərici (səviyyə, dərəcə)

From ..::Banker.az::..
Jump to: navigation, search

Annual rate - Hər hansı bir göstəricinin qiymətinin bir il ərzində çatdığı səviyyəni ifadə edir. Məsələn, satış həcminin illik səviyyəsi, investisiya qoyuluşunun illik səviyyəsi və s. Bəzi göstəricilərin qiymətlərinin illər üzrə müqayisəsi onların orta illik səviyyələrinin müqayisəsi əsasında aparılır. Hər hansı bir göstəricinin orta illik səviyyəsi ilin müəyyən dövrləri (aylar, rüblər) üzrə toplanan yekun illik səviyyənin həmin dövrlər üzrə orta kəmiyyətiəsasında müəyyən olunur. Orta illik səviyyə və ya dərəcə üzrə müqayisənin üstün cəhəti ondan ibarətdir ki, bu halda ilin müxtəlif dövrlərindəki mövsümi xarakterli dəyişmələrin təsirindən yaranan kənarlaşmalar istisna olunur ki, bu da ümumi meyili daha dəqiq müəyyənləşdirməyə kömək edir. Məsələn: əvvəlki ilin orta inflyasiya dərəcəsi ilə cari ilin orta inflyasiya dərəcəsi müqayisə olunduqda, artıq mövsümi xarakterli dəyişikliklərin təsiri kənarlaşdırılmış olur.



Yerli Iqtisadi Inkisaf Mərkəzi