İnvestor

From ..::Banker.az::..
Jump to: navigation, search

Investor - Mənfəət əldə etmək məqsədi ilə şəxsi və ya cəlb etdiyi maddi qiymətliləri – pul vəsaitlərini, qiymətli kağızları, əmlakı, mülkiyyəti və s.-ni investisiya layihələrinə yönəldən hüquqi və ya fiziki şəxsdir. İnvestorlar investisiya qoyuluşundan mənfəət əldə etməklə yanaşı, bu və ya digər sahələrin investisiya ehtiyacını da qarşılayırlar və bununla da iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayırlar. İnvestor investisiya qoyuluşu riskini minimuma en dirmək və yüksək gəlirliliyi təmin etmək maraqlarını rəhbər tutaraq qiymətli kağızlar alırlar. İnvestisiya layihələrini reallaşmasını büdcədən maliyyələşdirən dövlət, dövlətin subyektləri, peşəkar və institusional investorlar adlanan maliyyə-kredit idarələri də investor ola bilərlər. İnvestorlar, bir qayda olaraq vergi və digər güzəştlərdən istifadə edir. Nisbətən yüksək risk dərəcəsi zamanı qiymətli kağızların yüksək gəlirliliyinə üstünlük verən investorlar aqressiv investorlar adlanır.Öz ölkəsinin hüdudlarından kənarda investisiya yatırımı həyata keçirən investorlar xarici investorlar adlanır. Xarici dövlət, xarici şirkət, xarici fiziki şəxs, beynəlxalq maliyyə-kredit institutu xarici investor kimi çıxış edə bilər. Xarici investorun investisiya fəaliyyəti kapital yatırımı həyata keçirdiyi ölkə nin müvafiq qanunvericiliyi ilə tənzimlənir. Xarici investor xarici kapitalı ölkə iqtisadiyyatına gə tirməklə yerli iqtisadi potensialı artırır ki, buna görə də dövlət adətən xarici investorların investisiya fəaliyyətinə müxtəlif səviyyələrdə stimullaşdırıcı siyasət, o cümlədən səmərəli vergi güzəştləri tətbiq edir.Rəsmi olaraq qiymətli kağızın sahibi sayılan (qeydiyyata alınan), lakin faktiki olaraq ondan istifadə hüququna malik olmayan, yəni həmin maliyyə alətindən bilavasitə əldə etməyən investor nominal investor adlanır. Məsələn, bank öz adından qiymətli kağız cəlb edir, lakin onun istifadəçisi kimi müştəri çıxış edir. Burada bank nominal investora çevrilir.



Yerli Iqtisadi Inkisaf Mərkəzi