İstiqraz

From ..::Banker.az::..
Revision as of 12:58, 21 June 2012 by Roby (talk | contribs) (Created page with "'''Obligation (bond, loan securities) ''' - Borc qiymətli kağızlarının bir növü olmaqla, sahibinin müəyyən olunmuş müddətdə emitentdən həmin kağızın nominal d...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Obligation (bond, loan securities) - Borc qiymətli kağızlarının bir növü olmaqla, sahibinin müəyyən olunmuş müddətdə emitentdən həmin kağızın nominal dəyərini (əmlak ekvivalentini) və nominaldan faiz və ya diskont şəklində təsbit olunmuş gəlir əldə etmək hüququna təminat verən sənəddir (müqavilədir). Faiz ödənişlərini nəzərdə tutmayan istiqraz faizsiz istiqraz hesab olunur.Dövlət orqanları tərəfindən büdcə kəsirini örtmək üçün və səhmdar cəmiyyətlər tərəfindən kapital toplamaq məqsədilə buraxılır. Səhmlərdən fərqli olaraq istiqrazlarda onun ödənilməsi vaxtı göstərilir. Nəzəri baxımdan istiqrazlar adi səhmlərdən daha təhlükəsizdir. Çünki onlar təsbit olunmuş ödəniş müddətinə malikdir və səhmdara hər hansı ödəniş edilməzdən əvvəl qaytarılır (ödənilir).Lakin şirkət müflis olduqda, onun istiqraz sahibləri səhmdarları qədər itkiyə məruz qala bilərlər.



Yerli Iqtisadi Inkisaf Mərkəzi