Əhalinin pul gəlirləri

From ..::Banker.az::..
Jump to: navigation, search

Əhalinin pul gəlirləri (income of population) – əhalinin dövlət və qeyridövlət müəssisə-təşkilatlardan və ictimai təşkilatlardan əməkhaqqı, mükafat, məzuniyyət xərclərindən əhaliyə daxil olan vəsait, kənd təsərrüfatı məhsullarının satışından və digər satış mənbələrindən daxilolmalar, habelə pensiya, müavinət, təqaüd, maliyyə sistemlərindən daxilolma qaydasında faktiki olaraq aldığı pul gəlirləridir. Bu zaman təkcə nağd pulla deyil, hətta nağdsız köçürmələrlə əhaliyə çatan pul daxilolmaları, habelə vergilərin və digər tədiyələrin ödənməsi üçün tutulan məbləğ də hesaba alınır. Əhalinin adambaşına orta pulgəlirlərinin ölçüsünə görə bölgüsü müəyyən intervallar üzrə adambaşına pul gəlirlərinin ölçüsünə görə əhalinin sayını (xüsusi çəkisini) və maddi vəziyyətinin ölçüsünə görə təbəqələşməsini səciyyələndirir. Əhalinin sərəncamında olan real gəlirləri istehlak qiymətlərinin dəyişməsi nəzərə alınmaqla şəxsi sərəncamda olan gəlirlərdir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı



Əhalinin pul gəlirləri - vətandaşların və ailələrin ev təsərrüfatlarının pul vəsaitləri qismində aldıqları əsas şəxsi gəlir forması. Pul gəlirləri əmək haqqı, pensiya, təqaüd, şəxsi təsərrüfatlarda istehsal edilən əmtəələrin satışı, xidmət göstərmə, şəxsi əmlakın satışı və icarəsindən daxil olan pullar əsasında yaranır.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com