Əmək haqqı kartı

From ..::Banker.az::..
Jump to: navigation, search

Əmək haqqı kartı - əmək haqqı və digər əlavə edilmiş (mükafatların, ezamiyyət xərclərinin, maddi yardımın və sair) məbləğlərin əməkdaşa əmək haqqı layihəsi çərçivəsində bankla xidmət üçün müqavilə bağlamış təşkilat tərəfindən ödənilməsi üçün nəzərdə tutulmuş bank kartıdır. Bir qayda olaraq əmək haqqının hesaba daxil edilməsi üçün debet kartları buraxılır, lakin çox banklar onlara overdraft limiti təyin edirlər. O, iki yaxud daha çox əmək haqqı məbləğini təşkil edə bilər.

Əməkdaş əmək haqqı kartı ilə birgə kartın hesabının vəziyyətini izləyə biləcək və evdən yaxud ofisdən çıxmadan hər zaman müxtəlif ödəmələri yerinə yetirə biləcəyinə kömək edən bankın məsafədən xidmət sistemindən pulsuz istifadə etmək imkanı əldə edəcək.

Əmək haqqı kartlarının funksional imkanları adi debet yaxud overdraft imkanı verən debet kartları ilə eynidir. Əmək haqqı kartlarının istifadə edilməsində hər hansı bir məhdudiyyət təyin edilmir. Əməkdaş əmək haqqını kartla almaqdan imtina etmək hüququna malikdir. Bunun üçün ona işdə müvafiq ərizə yazmaq lazımdır. Bu əmək intizamının pozulması kimi qəbul edilmir.

İşdən çıxan zaman bank kartın təhvil verilməsini tələb edə bilər, lakin müvafiq ərizə yazaraq əməkdaş ondan istifadə etməyə davam edə bilər, ancaq bu halda onun xidmət xərcini özü ödəməli olacaqdır. Bir sıra banklar belə halda kartı avtomatik olaraq yeni tarif planına keçirirlər. Ona olan overdraft limiti ləğv edilir.