Əməliyyatlar məsrəfi
From ..::Banker.az::..
Əməliyyatlar məsrəfi - kontrakt sahəsində və ya onunla əlaqədar gündəlik neft-qaz əməliyyatları çərçivəsində bilavasitə, yaxud dolayısı ilə çəkilmiş məsrəflər, o cümlədən karbohidrogenlərin çıxarılmasına, təmizlənməsinə, oyadılmasına, təzyiq göstərilməsinə, toplanmasına, emalına, saxlanılmasına, hazırlanmasına, yola salınmasına və çatdırılma məntəqəsinədək nəql edilməsinə, texniki xidmətə və inzibati idarəetməyə çəkilən məsrəflər, habelə ləğv etmə işləri ilə bağlı ödənişlər deməkdir.
Mənbə : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə
web səhifəsi: www.elshanhajizadeh.com