Əsas istehsal fondları

From ..::Banker.az::..
Jump to: navigation, search

Əsas istehsal fondları - istehsal potensialını təyin edən mühüm göstərici kimi, əmək vəsaitlərinin dəyərində əks olunur. Milli sərvətin çox dəyərli hissəsini təşkil edən əsas fondlar, həm də ümumi təkrar istehsal prosesinin həlledici şərti, əmək məhsuldarlığını, istehsalın səmərəliliyini, iqtisadi qüdrəti artıran mühüm amil kimi də çıxış edir. Onun spesifik əlaməti müəyyən istehsal tsikli ərzində aşınma ölçüsünə istinadən dəyərini tədricən hazır məhsulun üzərinə köçürülməsindədir.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com