Annuitet ödəmələr

From ..::Banker.az::..
Revision as of 14:30, 20 December 2011 by 46.22.232.216 (talk) (Created page with "'''Annuitet ödəmələr''' - Kreditin banka ödənilməsi annuitet ödəmələrlə həyata keçirilə bilər. Bu halda borc alan üçün kredit üzrə aylıq ödəmələr borcu...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Annuitet ödəmələr - Kreditin banka ödənilməsi annuitet ödəmələrlə həyata keçirilə bilər. Bu halda borc alan üçün kredit üzrə aylıq ödəmələr borcun qalan miqdarından asılı olmayaraq bütün kredit dövrü üzrə eyni miqdarda olurlar. Aylıq ödəmə özünə əsas borcun məbləğini və kredit üzrə hesablanmış faizlərin cəmini daxil edir. Annuitet ödəmələrlə həyata keçirilən borc üzrə ümumi hesablama yekunu həmişə dərəcələrə ayrılmış hesablamalardan çox olur, lakin annuitet ödəmə sxemi borc alanlar üçün daha əlverişlidir, çünki ödəmələr bütün kredit müddətinə bərabər paylaşır. Rusiya banklarının çoxu kreditin ödənilməsi hesablarında annuitet sxemdən istifadə edirlər.

Annuitet ödəmənin düsturu:

1. Hər ay annuitet ödəmə: A = K*S, burada: A – aylıq annuitet ödəmə, K – annuitet əmsalı, S – kreditin məbləğidir.

2. Annuitet əmsalı: K=i*(1+i)n/(1+i)n-1, burada:

K – annuitet əmsalı, i – kredit üzrə aylıq faiz dərəcəsidir (=illik dərəcə/12 aya), n – kreditin ödənilməsi müddətində dövrlərin miqdarı.