Artım sürəti

From ..::Banker.az::..
Jump to: navigation, search

Growth rate - Nisbi statistik göstərici olub müəyyən bir göstəricinin müəyyən dövr ərzində dəyişməsinin intensivliyini göstərir və həmin göstəricinin hesablama aparılan dövr (hesabat, plan, proqnoz dövrü) üçün mütləq qiymətinin müqayisə aparılan dövrdəki (baxılan dövrdən əvvəlki dövr, baza dövrü) mütləq qiymətinə nisbəti kimi hesablanır.Artım sürəti göstəricinin müqayisə olunan dövrdəki səviyyəsini “1” götürdükdə əmsalla, “100” götür dük də isə faizlə ifadə olunur. İki dövrdən (məsələn, iki ildən) çox dövr üçün artım sürəti baza dövrü nə (başlanğıc ilə) və özündən əvvəlki dövrlərə (özündən əvvəlki illərə) nəzərən hesablana bilər. Birinci halda hesablama aparılan hər bir dövr üçün müqayisə aparılan dövr kimi baza dövrü (başlanğıc il), ikinci halda isə özündən əvvəlki dövr (özündən əvvəlki il) götürülür.



Yerli Iqtisadi Inkisaf Mərkəzi