Avropa Birliyi agentlikləri

From ..::Banker.az::..
Revision as of 22:14, 27 November 2011 by 188.253.179.224 (talk) (Created page with "'''Avropa Birliyi agentlikləri (EU agencies)''' – Avropa Birliyi (AB) daxilində fərqli hüquqi səlahiyyətə malik və büdcə fəaliyyəti ilə məşğul olan, ciddi ş...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Avropa Birliyi agentlikləri (EU agencies) – Avropa Birliyi (AB) daxilində fərqli hüquqi səlahiyyətə malik və büdcə fəaliyyəti ilə məşğul olan, ciddi şərtlər altında nümayəndəlik prinsipi ilə fəaliyyət göstərən qurumlar. Onların növləri:

– İcraedici agentliklər (Executive agencies) – AB Komissiyasının qərarı ilə yaradılmış, birbaşa AB büdcəsi ilə bağlı Birlik proqramının bütün və ya müəyyən hissəsini həyata keçirən agentliklərdir.

– Ənənəvi agentliklər (Traditional agencies) – AB Şurası və Avropa Parlamenti tərəfindən yaradılmışdır. Onlar AB büdcəsindən aldıqları qrantlarla büdcənin həyata keçirilməsinin müəyyən məsələlərini həll edirlər.

– Milli agentliklər (National agencies) – AB büdcəsindən aldıqları qrantla müəyyən məsələləri həll edirlər.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı