Açıq bazar əməliyyatları

From ..::Banker.az::..
Revision as of 22:22, 9 December 2011 by Yeganem (talk | contribs)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Açıq bazar əməliyyatları -Mərkəzi Bank tərəfindən qiymətli kağızların və xarici valyutanın alqı-satqısı əməliyyatlarıdır. Mərkəzi Bank əsasən Hökumətin qiymətli kağızlarının alqı-satqısı ilə məşğul olur (əsasən banklarla), lakin bununla yanaşı özü də qiymətli kağızların emissiyasını həyata keçirə bilər. Mərkəzi Bank tərəfindən qiymətli kağızlar satıldıqda dövriyyədə olan pul kütləsi azalır, alındıqda isə pul kütləsi artır. Qiymətli kağızlar birbaşa, habelə REPO və əks-REPO formasında alınıb satıla bilər.