Büdcə riskləri

From ..::Banker.az::..
Jump to: navigation, search

Büdcə riskləri (budget risks) – daha sıx qarşılaşılan və geniş yayılmış büdcə riskləri bunlardır: (a) xarici risklər (external risks) – neftin qiymət dəyişkənliyinin büdcənin gəlir və xərclərinə fluktual təsiri;

(b) əməliyyat/təşkilati risklər (operational/organisational risks) – təşkilatlararası disbalans; ləngimələr;

(c) maliyyə riskləri (financial risks) – xərclərin süni şişirdilməsi ehtimalı, gəlir və xərc proqnozlarının tam yerinə yetirilməməsi;

(d) kənarlaşma riskləri (fiduciary risks) – büdcə xərclərinin ümumi iqtisadi inkişaf məqsədlərindən kənarlaşma meyli.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı