Balans (hesabaalma) dəyəri

From ..::Banker.az::..
Revision as of 15:35, 14 June 2012 by Roby (talk | contribs) (Created page with "'''Book value (balance sheet value, book cost, carrying value, carrying amount)'''- Müəssisəyə, təşkilata və s.-yə məxsus əsas vəsaitlərin, uzun müddətli aktivləri...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Book value (balance sheet value, book cost, carrying value, carrying amount)- Müəssisəyə, təşkilata və s.-yə məxsus əsas vəsaitlərin, uzun müddətli aktivlərin və s.-nin müəssisənin balansında əks olunduğu dəyər. Müəssisənin, təşkilatın və s.-nin balans dəyəri onun şəxsi kapitalı və xalis aktivlərinin məcmusu kimi hesablanır. Xalis aktivlər məcmu aktivlərin dəyəri ilə borc öhdəliklərinin ümumi həcminin (dəyər ölçüsündə) fərqinə bərabərdir.Səhmin hesabaalma dəyəri, şirkətin bütün aktivlərini toplayıb, hər hansı imtiyazlı qiymətli kağızın ödəmə qiyməti daxil olmaqla, bütün borc və öhdəliklərini çıxaraq müəyyən edilir. Alınan məbləği dövriyyədə olan səhmlərin miqdarına bölərək, hər bir sadə səhmin hesabaalma dəyəri əldə edilir. Şirkətin aktivlərinin və yaxud qiymətli kağızın hesabaalma dəyəri bazar qiymətindən fərqlənə bilər



Yerli Iqtisadi Inkisaf Mərkəzi