Bank ödəniş terminalı

From ..::Banker.az::..
Jump to: navigation, search

Bank ödəniş terminalı müştəriyə müxtəlif bank əməliyyatlarını müstəqil yerinə yetirmək üçün imkan verən qurğudur. Məsələn, terminaldan istifadə edərək müştəri öz hesablarının vəziyyəti haqqında məlumat ala, pul köçürmələri, elektron pul kisəsini doldura, bir çox xidmətləri ödəyə, o cümlədən kommunal, cərimələr, kreditlərin ödənilməsini həyata keçirə və adi arayış üçün məlumat ala bilər.

Bank terminalının bankomatdan əsas fərqi ondan ibarətdir ki, birincisi pul vəsaitlərini vermir, o onları ancaq qəbul edə bilir. Belə qurğularda qəbul edən kasetin həcmi balaca olduğu səbəbindən, terminal özünə bankomatdan əhəmiyyətli dərəcədə az vəsait yerləşdirmə qabiliyyətində olur. Bank terminalının əsas vəzifəsi kommunal xidmətlərin, mobil əlaqənin, rəqəmsal televiziyanın və sairlərin ödənilməsi üçün xırda əskinasların qəbul edilməsidir.

Ödəniş terminalları bankomatlar kimi çox da təhlükəsiz və etibarlı deyillər. Onların müdafiə edilməsi səviyyəsi əhəmiyyətli dərəcədə zəifdir, seyf yoxdur, döşəməyə bərkidilməsi imkanı yoxdur. Onları qoşmaq üçün adətən çox etibarlı olmayan simsiz birləşdirmədən istifadə edilir, əvəzində quraşdırma sürəti yüksəkdir. Terminalın banknotları müəyyən etməsi etibarlığı da cash-in funksiyalı bankomatlardan əhəmiyyətli dərəcədə aşağıdır. Sıravi istehlakçılar üçüm adi terminalın üstünlükləri onun yaxın olması və çox sayda olan ən müxtəlif şirkətlərin xidmətlərini ödəmək imkanının olmasından ibarətdir. Bank terminalı buna əlavə olaraq kreditin terminal sahibi tərəfindən verildiyi halda komissionsuz ödənilməsini və eləcə də nağd və nağd olmayan vəsaitlərin hesaba köçürülməsini də özünə daxil edir. Nağd olmayan pul əməliyyatlarını yerinə yetirmək üçün kredit təşkilatları öz qurğularını kardriderlərlə təchiz edir.

Bu gün bəzi kredit təşkilatlarında terminalların sayı bankomatlarının sayından çoxdur. Bu, bankın terminal alması və quraşdırılmasının xərclərinin bankomata tələb olunan xərclərdən az olması ilə izah olunur.