Bank cəriməsi və peni (debbe pulu)

From ..::Banker.az::..
Jump to: navigation, search

Bank cəriməsi yaxud peni kredit təşkilatı tərəfindən onların arasında bağlanmış müqavilə əsasında müştərinin üzərinə qoyulmuş sanksiyalar növüdür. Bəzi banklar üçün peni və cərimələr gəlirin əhəmiyyətli hissəsini təşkil edə bilər. Bəzən belə qazanc kredit üzrə faizlərin və bank komissiyalarının ödənildiyindən sonra üçdə bir hissəni təşkil edir.

Eyni zamanda bu kredit təşkilatlarının vicdansız müştərilərə təsir etmək üçün istifadə edə biləcəyi az sayda vasitələrdən biridir.

Cərimə birdəfəlik tədbirdir. O ancaq bir qayda pozuntusu üçün bir dəfə alına bilər. Cərimədən fərqli olaraq peni müqavilənin pozulduğu müddəti nəzərə almaqla hesablanır. Bu səbəbdən peninin ölçüsü cərimənin miqdarından əhəmiyyətli dərəcədə artıq ola bilər.

Banklar çox vaxt aşağıda göstərilən cərimə və peni növlərindən istifadə edirlər:

• ödənişin vaxtının gecikdirilməsi səbəbindən olan cərimə. Müəyyən edilmiş miqdarda və eləcə də vaxtı keçmiş ödənişin gecikmiş hissəsinin yaxud tam borcun faizini ifadə edə bilər;

• qəbul edilməyən overdrafta cərimə. Müştəri bilmədən yaxud qəsdən vəsaitlərin təyin edilmiş limitdən artıq xərclənməsinə yol verdikdə əlavə olaraq hesablanır. Çox vaxt artırılmış faiz dərəcəsi ilə ifadə olunur.

Cərimə və penilərə məruz qalmamaq üçün bankın tariflər toplumunu və onunla bağlanmış sazişi diqqətlə oxumaq lazımdır və eləcə də üzərinizə götürdüyünüz öhdəlikləri pozmamaq lazımdır.