Bank kartı üzrə konvertasiya

From ..::Banker.az::..
Jump to: navigation, search

Bank kartı üzrə konvertasiya - Bank kartı vasitəsi ilə alqıları kart hesabında olan valyutadan asılı olmayaraq hər bir valyutada ödəmək olar. Bu halda vəsaitlərin konvertasiyası baş verir.

Konvertasiya prosesində həmişə üç valyuta: əməliyyat valyutası, billinq valyutası və kart hesabında olan valyuta iştirak edir. Əməliyyat valyutası alqının yerinə yetirildiyi yaxud bankomatdan çıxarılan vəsaitlər hesab olunur. Ödəmə sistemi və bank arasında hesablaşma aparılan valyuta billinq valyutası adlanır. Bir qayda olaraq, transsərhəd əməliyyatları çərçivəsində bu rolu avro yaxud dollar oynayır. Kartın hesab valyutası rolunda bank kartında hesab açılan valyuta iştirak edir.

Bank kartı üzrə konvertasiya aşağıdakı kimi yerinə yetirirlir: kart üzrə əməliyyat keçirilən valyuta billinq valyutası ilə, axırıncısı öz növbəsində kartın hesabında olan valyuta ilə tutuşdurulur. Onlar üst-üstə düşməsələr, bu halda həm ödəmə sistemi, həm də kart emitenti bankı tərəfindən həyata keçirilən konvertasiya baş verir.

Əgər kartın valyutası yaxud alqı valyutası ödəmə sistemi hesabı ilə emitent-bank arasında üst-üstə düşürsə, bu halda əməliyyat üzrə bir konvertasiya yerinə yetirilir, və əgər hər iki valyuta billinq valyutası ilə üst-üstə düşmürlərsə, bu halda vəsaitlərin ikiqat konvertasiyası keçirilir. Əgər hesablama sırası üzrə bütün valyutalar eynidirlərsə, bu halda konvertasiya keçirilməyəcək.

Əgər alqı valyutası billinq valyutasından fərqlənirsə, bu halda vəsaitlərin konvertasiyası ödəmə sistemlərinin rəsmi saytlarından öyrənilməsi mümkün olan ödəmə sisteminin məzənnəsi ilə hesablanır. Konvertasiyanın keçirilməsinə bank komissiyası kredit təşkilatları tərəfindən müstəqil təyin olunur və bankın tariflərində əks olunur.

Billinq valyutasının və kart hesabının uyğun gəlmədiyi halda bank vəsaitlərinin valyutaya konvertasiyasını belə hesabları həyata keçirmək üçün nəzərdə tutduğu daxili məzənnəsi ilə keçirir (nağd valyuta ilə keçirilən əməliyyatlardan fərqlənə bilər). Kart sahibi üçün ən optimal variant belə məzənnənin RF MB məzənnəsinə bərabər götürüldüyü variantdır. Qeyd etmək lazımdır ki, bir sıra banklar valyuta əməliyyatının hesab valyutası ilə üst-üstə düşdüyü halda müştəridən konvertasiya üçün komissiya almırlar.

Əgər hesablamalar kart buraxılan ölkədə aparılırsa, bu halda billinq valyutası kimi banklar milli valyutanı təyin edirlər. Bu səbəbdən Rusiya ərazisində rubl hesabına birləşdirilmiş kart vasitəsi ilə alqı rublla ödənildiyi halda konvertasiya baş vermir. Hesabdan alqının qiymətinin olduğu qədər vəsait silinir. Əgər kartda hesab valyutada açılmışsa, kartın bank-emitent səviyysəində bir konvertasiya (alqı valyutası hesab valyutasına) yerinə yetiriləcək. Konvertasiya o halda ola bilər ki, kart vasitəsi ilə ödəmə, məsələn, bank-ekvayeri xaricdə olan internet-mağazada yaxud avia şirkətdə baş versin.

Ödəmə sistemi ilə məhz hansı valyuta yaxud valyutalar vasitəsi ilə hesablaşmanın aparılmasını bank müəyyən edir. Hər bir kredit təşkilatının belə hesablaşmalar üçün öz valyuta siyahısı var. Belə ki, hər hansı bank ancaq dollarla, digəri isə dollarda və avroda hesablaşma apara bilər. Lakin çox hallarda Visa ödəmə sistemi və banklar arasında billinq valyutası kimi dollar iştirak edir, MasterCard Worldwide və banklararası isə dollar yaxud avro məkanına keçdiyi halda avro iştirak edir. Əgər kredit təşkilatı hesabda olan valyuta və əməliyyat valyutası üst-üstə düşdükdə konvertasiya üzrə xərcləri öz üzərinə götürürsə, avro məkanına getdikdə hesabında avro olan kartdan istifadə etmək, dollar məkanı yaxud dollar və avro valyutasından fərqlənən valyuta olan ölkələrə getdikdə isə hesabında dollar olan kartdan istifadə etmək daha faydalıdır. Eləcə də Avropanın avro məkanından fərqini nəzərə almaq lazımdır. Sonuncuya rəsmi valyutası avro olan dövlətlər daxildirlər. Bə səbəbdən məsələn Çexiya, Böyük Britaniya, Danimarka və İsveç kimi ölkələrdə ödəmə sistemi və banklar arasında hesablaşma valyutası yəqin ki dollar olacaqdır.

Hər bir halda xaricə getməzdən əvvəl öz bankınızda onun ödəmə sistemi ilə hansı valyutada hesablaşmalar apardığını, əməliyyat valyutasının hesbada olan valyuta ilə üst-üstə düşdüyü halda komissiya haqqını kimin ödəyəcəyini və bütün mümkün komissiyaların ölçüləri haqqında maraqlanmağa dəyər.

Eləcə də bankların multivalyuta kartlarına diqqət yetirmək və onların imkanlarını qiymətləndirmək lazımdır, çünki onlar hal hazırda lazım olan hesab valyutasını istifadə etməyə imkan verirlər.