Bank multiplikatoru

From ..::Banker.az::..
Jump to: navigation, search

Bank multiplikatoru kommersiya banklarının depozit-kredit əməliyyatları nəticəsində pul kütləsinin (pulların multiplikasiyası) artmasıdır. Bu proses mərkəzi banklar tərəfindən məcburi ehtiyat yaratma normativlərinin köməyi ilə pul-kredit siyasəti çərçivəsində nizamlanır.

Pul kütləsinin multiplikasiyası ayrı-ayrı banklara deyil, ümumilikdə bank sistemi üçün mümkündür. Məcburi ehtiyat yaradılması faizinin artırılması bank sisteminə kredit pullarını emissiya edilməsi imkanını azaldır və əksinə.

İqtisadiyyata stimullaşdırma tələb olunan şəraitdə dərəcələr aşağı düşür. Pul kütləsi artır, kreditlər üzrə faizlər isə aşağı düşürlər. İqtisadiyyatın həddindən artıq gərginləşməsi yaxud yüksək inflyasiya təhlükəsi yarandığı vəziyyətdə isə əks tədbirlər həyata keçirilir.