Bankomat pul vermədikdə

From ..::Banker.az::..
Jump to: navigation, search

Bankomat pul vermədikdə - texniki səhv yaxud nasazlıq səbəbindən bankomat kart sahibinin tələb etdiyi pul muqdarını verməyə bilər, yaxud onu qismən verə bilər, lakin bununla belə kartın hesabından pulu silə bilər. Belə hallar kifayət qədər yayılmışdır. Belə vəziyyətdə bankomat tərəfindən verilmiş çeki saxlamaq, öz bankınıza zəng etmək və baş vermiş vəziyyət haqqında xəbər vermək lazımdır. Bundan sonra kartı verən banka gəlmək və müvafiq ərizə yazmaq və çeki ərizəyə əlavə etmək lazımdır.

Bundan sonra maliyyə təşkilatı araşdırma aparır və müştərinin haqlı olduğu halda pulu onun kart hesabına qaytarır. Bir qayda olaraq bank onları üç gün ərzində kart hesabına geriyə qaytarır. Pulu “kənar” bankomat vermədiyi halda məlum proses uzana bilər. Bu səbəbdən kartdan vəsaitlərin çıxarılmasını öz kredit təşkilatınızda yerinə yetirsəz, iri məbləği isə bankın kassasında alsaz daha yaxşı olar.

Buna oxşar pul geri qaytarma prinsipi kart sahibinin bankomatın verdiyi pulları vaxtında almadığı halda da işləyir.