Beveric əyrisi

From ..::Banker.az::..
Revision as of 22:42, 27 November 2011 by 188.253.179.224 (talk) (Created page with "'''Beveric əyrisi (Beveridge curve)''' – işsizliyin səviyyəsi ilə iş vakansiyalarının səviyyəsini göstərən qrafik təsvirdir. Qrafikin ordinatında vakansiyaların...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Beveric əyrisi (Beveridge curve) – işsizliyin səviyyəsi ilə iş vakansiyalarının səviyyəsini göstərən qrafik təsvirdir. Qrafikin ordinatında vakansiyaların səviyyəsi absisində isə işsizliyin səviyyəsi verilmişdir. İşsizliyin yüksək səviyyəsinə vakansiyaların aşağı səviyyəsi uyğun gəlir. Əgər müşahidə etsək, uzun müddət boyunca əyrinin kənara hərəkətində vakant yerlərin verilmiş səviyyəsi işsizliyin yüksək səviyyəsi ilə əlaqələnəcək və bu da əmək bazarının səmərəsiz idarə edilməsi, işsizlər və mümkün iş yerləri arasında uyğunsuzluğa səbəb olar.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı