Birja

From ..::Banker.az::..
Jump to: navigation, search

Birja - əsas funksiyası sazişlərin bağlanmasına şəraitin yaradılması və imkan verilməsi olan qiymətli kağızlar bazarının peşəkar iştirakçısıdır. Bir qayda olaraq birjanın üzərinə aşağıdakı vəzifələr qoyulur:

• 1. Birja meydançasının yaxud hərracların keçirilməsi üçün elektron sistem üçün yerin təyin edilməsi.

• 2. Bağlanmış sazişlər üzrə qarşılıqlı hesablaşmaların və təchizatların təşkili. Birja keçirilən əməliyyatlar üzrə zamin kimi iştirak edir.

• 3. Hərracların nəticəsi üzrə məlumatın yayılması.

Hərracda olan vasitələr üzrə birjalar valyuta, qiymətli kağızlar birjalarına, maliyyə törəmə vasitələrinə, və eləcə də əmtəə və xammal birjalarına bölünürlər.

Ənənəvi olaraq birjalar qapalı səhmdar cəmiyyəti, hərrac iştirakçılarının özlərinin yoldaşlıq yaxud partnyorluq formasında təşkil olunur. Lakin brokerlərə müvafiq xidmətlər göstərən xüsusi şirkət kimi də yaradıla bilərlər.



Birja - əmtəələrin, qiymətli kağızların birbaşa satışı və topdansatış ticarətini təşkil edən rəsmi qeydiyyata alınan bazar.



Mənbə: Vergilər Nazirliyi