Bukinq-not

From ..::Banker.az::..
Jump to: navigation, search

Bukinq-not (ingiliscə - booking note - fraxtın sertifikatı) - yükün gəmidə yerləşdirilməsi və aparılması ödənişi şərtləri danışılmış dəniz daşınmaları üzrə xətti gəmiçilikdə yükdaşma müqaviləsi növlərindən biri. Bukinq-not fraxt müqaviləsindən fərqli olaraq reys çarteri şərtlərinə əsaslanır və müqavilədə gəminin, daşıyanın, yük sahibinin, adı, yükün növü və kəmiyyəti, onun yerləşdirilməsi, göndəriş və qəbul məntəqləri, təxmini edilən yükvurma zamanı, daşınmanın qiyməti, konasamentin forması kimi əsas şərtlər qeyd olunur.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com