Ceff Bezos

From ..::Banker.az::..
Jump to: navigation, search
A cartoon centipede reads books and types on a laptop.
Jeff Bezos banker.az.

Ceff Bezos biznesə qarajda başlasa da, Amazon şirkətini qabaqcıl texnologiyalı kompaniyaya çevirərək onun dəyərini 100 milyard dollara çatdırmışdır. Daha nə? Yaşlı adamlarda Amazon kitab, musiqi və filmlərlə assosiasiya olunur, gənclər üçün isə bu elə bir dükandır ki, burda hər şey satılır.

Amazonda on milyonlarla fərqli şey almaq mümkündür, bunların əksəriyyətinin media ilə heç bir əlaqəsi yoxdur –burda dreldən və ya kriket raketkalarından başlamış, ən yüksək hesablama qabiliyyətinə malik maşınlara qədər hər şey tapmaq olar. Bu transformasiya Amazonun təsisçisi və CEO (baş icraşı direktoru) Ceff Bezosun başlıca nailiyyətlərindən biridir. Son beş il ərzində Amazonun səhmləri 397% artmış və indi illik gəliri 48 milyard dollar olan kompaniyanın özü 100 milyard dollara dəyərləndirilir. 19 milyard dollar sərvəti olan biznesmen özü isə planetin 30 ən varlı insanı sırasına daxildir.

Işə olan güclü həvəsi və idarəetmə tərzi ilə Bezos ilk pullarını qazanmaq istəyən, fəaliyyətə yeni başlamış gənc biznesmeni xatırladır, qarşısında açılan yeni dünyaya göstərdiyi marağa görə isə o, adi bir yeniyetməyə oxşayır. «Mən həqiqətən xoşbəxtəm. Hətta mənim xanımım mənlə belə zarafat edir: "Əgər Ceff narazı görünürsə, sadəcə beş dəqiqə gözləmək lazımdır"», - öz kabinetində əyləşən və narın səhər yağışının damlalarının pəncərəni döyəcləməsini seyr edən Bezos deyir (baş ofis Amazon, Sietl).

Axı niyə də xoşbəxt olmasın. Bezos ABŞ-ın ən yaxşı icraçı direktoru olmaqla, özünün digər həmkarlarını çox böyük məsafədə geridə qoyur. Forbes tərəfindən həyata keçirilmiş araşdırmada Bezos bizim metodologiya ilə nəzərdə tutulmuş hər bir punkta görə öz rəqiblərini qabaqlayır və Stiv Cobsun vəfatından sonra məhz Amazonun rəhbəri –korporativ Amerikanın başlıca aparıcı modeli hesab olunur.

«Boş kreslo»

Təxminən bir əsr əvvəl riteyler (pərakəndəçi) Marşal Fild sakramental (müqəddəsləşmiş) bir ifadə işlətmişdir: «Müştəri həmişə haqlıdır». Bezos isə bu qaydanı internet epoxasına gətirərək, istənilən bir biznesmenin arzusunda olduğu bir şeyi gerçəkləşdirə bilmişdir: çeki xərcləməkdən öncə müştərinin nə istədiyini müəyyən edə bilmək. Kreminova vadisinin əksər kompaniyalarının öz mühəndislərini kral kimi saxladığı bir vaxtda, Amazonda inadla başqa bir modelin də mümkünlüyünü sübut etməyə çalışırlar. Bezos öz 164 milyonluq istehlakçısına daha çox canla xidmət göstərir, nəinki 56 min əməkdaşına.

Bəzən görüşlər zamanı Bezos bilərəkdən kreslolardan birini boş saxlamağı tapşırır, sonra o iştirakçılara təklif edir ki, həmin yerdə onların müştərisinin- «otaqdakı ən vacib insanın». əyləşdiyini təsəvvür etsinlər.

Kompaniya öz fəaliyyətini 500 parametr əsasında qiymətləndirir, onlardan 80%-i bu və ya digər dərəcədə müştəri ilə qarşılıqlı münasibətlərlə əlaqədardır. Amazon tərəfindən tərtib edilmiş alqoritmlər birinci qrup müştərilərinin istehlakçı davaranışını təhlil edərək, onları digər bir qrup müştərilər üçün rekomendasiyaya çevirir, hər gün saytda bestsellerlərin (ən yaxşı satıcıların) siyahısı yenilənir. Bezos qısa şəkildə bunu «metrika mədəniyyəti» adlandırır və bu mədəniyyət artıq bütün kompaniyanın qanına hopub.

Amazonun keçmiş əməkdaşlarının əksəriyyətinin arsenalında mütləq belə bir hekayə tapılar ki, orada baş icraçı direktor olan Bezos müştərilərin manefeyini vəkil həssaslığı ilə qoruyur. Onlardan biri danışır ki, Bezos təkidlə çalışırdı ki, məhsulların çatdırıldığı yeşiklər həm çox möhkəm, həm də yaraşıqlı olsun. Belə olduqda insanlar onları təkrar istifadə edə bilərdi. Tina Paterson, Amazonun keçmiş meneceri belə bir əhvalatı xatırlayır: bir dəfə biz hamımız oturub yeni reklam çarxının ilkin variantına baxırdıq: Kindle sahibi cəsur matadora çevrilir, lakin qızmış kəl onu buynuzları ilə göya uçurdur. Nümayişdən sonra otaqda hamı gülürdü, CEO-dan başqa, o dedi ki, «bizim müştərimiz arxadan zərbə alır, biz yol verə bilmərik ki, onun canı ağrısın», beləliklə Bezos bu reklamı efirə buraxmağı qadağan etdi. Müştərilər də onun hisslərinə qarşılıqlı cavab verir. Miçiqan Universiteti tərəfindən hər il keçirilən müştəri məmnuniyyəti ilə bağlı reytinqdə Amazon uzun müddətdir ki, ilk onluqda yer tutmağı bacarır.

Belə psixologiya Amazona həm də eyni zamanda dünyanın ən innovativ kompaniyalarından biri olmağa icazə verir. Biz öyrəşmişik ki, adi bir toxum basdıraq və sonra uzun müddət ərzində onun cücərib və nəhayət böyüyüb ağac olmasını gözləyək. Biz növbəti kvartalın və ya ilin nəticələri haqqında düşünmürük: «Biz diqqətimizi müştərilər üçün nəyin yaxşı olması üzərində cəmləyirik» -Bezos bildirir.

Gəlin nümunə üçün Kindle-i götürək. Amazonun bossu əmindir ki, milyonlarla insan istərdi ki, onların elə bir elektron kitab rideri (oxuyucu) olsun ki, ona heç bir əziyyət çəkmədən və əlavə əmək sərf etmədən elə bir başa internetdən kitab yükləmək imkanı olsun, yəni heç bir format problemi yaşanmasın. Amazonun mühəndislərinə məqsədə çatmaq üçün istənilən bir vasitənin seçimində tam azadlıq verilmişdi. Elə bu an maliyyə şobəsindən kimsə Bezosdan soruşur, siz belə bir proyekt üçün nə qədər pul xərcləməyə hazırsınız, o isə cavab verir: «Bəs bizim nə qədər varımızdır?».

Bu cür düşüncə tərzi Amazona nəinki böhrandan sağ çıxmağa, hətta adi kitab dükanından nəhəng onlayn supermarketə çevrilmək imkanı verdi. Kompaniyanın kompüter infrastrukturunun alt-üst çevrilməsinin və bütün dünyaya ondan pullu istifadənin verilməsinin arxasında da eyni məntiq dayanırdı. Mühəndislər ideyanı ağlasığmaz hesab edirdi, lakin 2006-ci ildə Amazon tərəfindən işə salınmış Amazon Web Services (AWS) ildə bir milyard gəlir gətirir və yaxın müddət ərzində bu göstəricinin ikiqat yaxşılaşması gözlənilir. AWS istifadəçiləri arasında hətta NASA-nın adı belə qeyd olunur. Saturnda missiyaya hazırlaşan Kassini kosmik aparatı yer kürəsinə 180 000 foto göndərmişdir ki, bunların da hamısı Amazonun servislərində cəmi beş saat ərzində emal olunmuşdu və əməliyyat cəmi 200 dollara başa gəlmişdi, əgər NASA öz EHM-lərinə bel bağlasaydı, bunun üçün hardasa 15 gün vaxt lazım olardı

Çoxları Kindle Fire ideyasına şübhə ilə yanaşırdı. O cəmi 199 dollara satılır ki, bu da onun istehsalına çəkilən xərcləri qarşılamır. Bezosu isə bu heç də sıxmır. O planşeti Amazonun tarixində ən uğurlu məhsul adlandırır. Əgər Fire-nin sahibləri Amazonda alış veriş etsələr, onun yayılmasına çəkilən xərclər artıqlaması ilə ödəniləcək.

«İki pizza» qayadası

Maksimal qənaət-Amazon üçün daha bir tanrıdır. 2009-cu ildə səhmdarlara müraciət zamanı Bezos Muda müharibəsinin başlanmasını elan etdi, bu isə yaponca «əlavə xərclər» deməkdir. Biz öz məsrəflərimizi nə qədər optimallaşdırsaq, öz istehlakçılarımıza bir o qədər daha cəlbedici qiymətlər təklif edə bilərik, məruzəsində o bildirdi. Kompaniya öz anbarlarındakı yerdən istifadə edərək 2 milyon kvadrat metr məsafəni boşaltmaqla effektivliyi daha da artırmağa nail oldu. .

Qənaət Amazonun ofislərində həyata keçirilir. Müxtəlif şirkətlərin keçmiş və indiki əməkdaşlarının ən yaxşı işəgötürəni qiymətləndirdiyi Glassdoor.com saytında, Amazon 5 maksimum baldan 3,1 toplayaraq Burger King fastfudunu azacıq qabaqlayır. Belə deyək, Amazonda rəngli printerdən və ya birinci növ uçuşlardan istifadəyə məhdudiyyət var (Düzdür Bezos özü hərdən şəxsi təyyarə icarəyə götürür, amma bu uçuşun pulunu o öz cibindən ödəyir. İş masaları qismində çox nahamar kobud səthlərdən istifadə olunur, buna görə də işçilər özləri ilə kağız gəzdirirlər ki, stolun tilişkələri onların köynəklərini və sviterlərini ilişdirib sökməsin. Top-menecerlərdən heç biri ildə $175 000-dən çox qazanmır, Bezosun özünün əməkhaqqısı isə «doxsanıncı » illərdən bəri $82 000 həddində dondurulub. Amazonda isə eksperimentlər ilə minimal sayda insandan ibarət qruplar məşğul olur. Əgər bir qrupa ikidən çox pizza lazım olursa, demək bu çox böyük qrupdur, Bezos əminliklə deyir.

Əvvəllər Amazonda işləmiş, hal-hazırda isə Google-un sıralarında olan Stiv Yeqqi hər iki şirkətdəki işini müqayisə edən internet postu ilə böyük rezonansa səbəb olmuşdu. O, ofisin çox xəsis görkəmini və dizaynını, insan resursları departamentini, əməkhaqqının azlığını və çirkli işlə məşğul olmaq zərurətini olduqca tənqid etmişdir. Bezosu isə o, insanları vahiməyə salan, ardı-arası kəsilmədən əmr verən bir quldur kimi təsvir edib. Onun qorxusundan bütün əməkdaşlar qarışqa kimi hərəsi bir küncə qaçırmış. Eyni zamanda Yeqqi Bezosun kompaniyanın biznesinə gətirdiyi böyük miqyaslı yenilikləri və dəyişiklikləri də lazımınca qiymətləndirdiyini və buna önəm verdiyini demişdir.

«İki pizza» qaydası Bezosa çoxlu sayda çox da böyük olmayan, yeni innovasiya proyektlərinə başlamaq imkanı verir, özü də ki, bundan ötrü o qədər də çox resurs sərf etmək lazım gəlmir. Məsələn, hətta özünün infrastrukturası ilə ad çıxarmış Google belə Amazonu qabaqlayaraq «bulud texnologiyalarından» istifadəyə görə renta almağa başlaya bilməmişdir. Sözü gedən məsələ daha dəbdəbəli və cəlbedici iş şəraitinə görə Amazonu tərk edərək Google axtarış saytına işləməyə keçən Yeqqini çox narahat edir, nəzərə alaq ki, burda gün ərzində işçilərə pulsuz yemək verilir və hətta əməkdaşları evlərinə çatdıran avtobuslar Wi-Fi sistemi ilə təchiz olunub. Amazon, Visa və iPhone

Amazon öz yaradıcısına çox bənzəyir, onun kimi xəyalpərvər və eyni zamanda analitik qabiliyyətli, nə qədər qəribə də olsa bu iki xüsusiyyət bir-birini çox gözəl tamamlayır. Bezosun uşaqlığı Hyuston və Mayamidə keçib. Hələ balaca yaşlarından o müxtəlif məlumatları təhlil etməyi xoşlayıb. Bir dəfə o öz nənəsinə deyib ki, mən sənin çəkdiyin hər bir siqaretin ömrünün uzunluğunu neçə saat qısaltdığını hesablamışam. Yeniyetmə yaşlarında o kosmonavt olmaq istəyirdi, lakin bu arzu onu Prinston universitetinə aparıb çıxartdı. Burada o fizika oxumalı idi. Universiteti qurtaranda isə o artıq informatika fakültəsini bitirdi.

Amazonun əsası 1994-cü ildə qarajda qoyulub. İndi isə Sietl şəhərində sahil xəttinin cəmi bir neçə addımlığında onlarla şüşə-beton binalardan ibarət yeni bir kompleksdə yerləşir. Bezos hələ uzun müddət ərzində burada qalmağı fikirləşir. Indi onun təxminən 48 yaşı var və o, hələ bir neçə on il ərzində kifayət qədər uğurla bu kompaniyanı idarə edə bilər. O hər gün yüzlərlə müştəridən gələn elektron məktubu nəzərdən keçirir və ümid edir ki, onlardan ən qəzəblisi, həm də eyni zamanda ən faydalısı ola bilər. Neqativ reaksiya Amazona yeniliklər etməyə ilham verir.

Amazonun fanatları da az deyil. Forbes bir dəfə Bezosdan xahiş etmişdir ki, son zamanlar onun qəlbinə ən çox toxunan məktublardan birini ona göstərsin. Bezos ona bir qadının hekayəsni göndərmişdi, qadın məktubda yazırdı ki, əvvəllər Amazondan kitab və disk alardı, indi isə onun vasitəsi ilə yenicə doğulmuş körpəsi üçün çarpayı almışdır. «Çox sağ olun ki, mənim həyatımı belə asan və rahat etmisiniz. Mənə lazım olan tək şey -Amazon, Visa və iPhone-dur».

Maraqlısı odur ki, smartfonlar Amazonun növbəti hədəfi ola bilər. Kompaniyanın Kaliforniyada Kindle qurğularının tərtib edildiyi Lab 126 bölməsinə mobil telefon texnologiyası ilə məşğul olan mühəndislər işə cəlb olunur. Amazon rəsmi şəkildə bu sahə ilə bağlı ambisiyalarını etiraf etməsə də, şaiyələrin təkzinibdən ötrü elə də ciddi səy göstərilmir. Əgər hər şeyə rəğmən Amazon çox güclü rəqabət qabiliyyətinin olduğu bu bazara daxil olmaq istəsə onun cibində çox güclü bir kozer olacaq –bu da milyonlara istifadəçinin poçt ünvanları və kart nömrələri olan istehlakçı bazasıdır. Hətta Apple da, bu tip bir şey ilə öyünə bilməz.

Yaxın gələcəkdə Amazon yenə də məsrəfləri azaltmağa davam edəcək. Bu yaxınlarda o, 775 milyon dollar dəyərində balaca robotlar istehsal edən Kiva Systems-i aldı, bu robotlar anbarlardakı məhsulları çeşidlərə uyğun yığmaq xüsusiyyətinə malikdir. Bezosun sözlərinə əsasən bu sifarişləri daha sürətli şəkildə çatdırmaq imkanı verəcəkdir. Belə görünür ki, Amazon məhz bu istiqamətdə daha yaxşı nəticələr göstərir: ötən il Milad bayramında istifadəçilərin 99,99%-i öz sifarişlərini vaxtında əldə edib, yəni Amazon 100 000 haldan cəmi birində nöqsana yol verib.

Personal tools
Namespaces
Variants
Actions
Navigation
Toolbox