Dövlət borcuna xidmət

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlət borcuna xidmət (service for public debt) – konkret borc vəsaitinin müəyyən edilmiş mənbə hesabına qaytarılmasına xərcləmələr prosesini nəzərdə tutur. Azərbaycan Respublikasının dövlət borcuna xidməti müvafiq icra hakimiyyəti orqanı təmin edir. Dövlət borcuna xidmət xərcləri müvafiq büdcə ili üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanununda nəzərdə tutulur. Dövlət borcuna xidmət, o cümlədən əsas məbləğin və faizlərin ödənilməsi üzrə xərclər müvafiq il üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində kifayət məbləğdə nəzərdə tutulmadıqda, həmin xərclər dövlət büdcəsinə müvafiq dəyişikliklər edilməklə və ya digər mənbələr hesabına ödənilir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı