Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadəyə nəzarət

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadəyə nəzarət (control over the use of public debt or debt with government guarantee) – dövlət borcalmaları və ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitdən istifadə edən şəxs kreditorla bağladığı müqavilə və ya müvafiq icra hakimiyyəti orqanı ilə bağladığı təkrar müqavilə üzrə aldığı vəsaitlərin bölüşdürülməsini, istifadəsini və qaytarılmasını təmin etməlidir. Bu zaman əsas və təkrar borcalan cəlb olunmuş vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur), öz bank hesablarının vəziyyəti haqqında məlumatları və digər zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Cəlb olunmuş vəsaitlərin vaxtında qaytarılmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı bu qanunun 8.1-ci maddəsində göstərilən şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və onlarla bağlanmış müqavilələrə uyğun olaraq müvafiq tədbirlər görür. Göstərilən şəxslərin təşkilati-hüquqi forması dəyişdikdə, onlar yenidən təşkil edildikdə və ya ləğv olunduqda onların borc öhdəliklərinin yerinə yetirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Dövlət borcalmaları və ya dövlət zəmanəti ilə alınmış vəsaitlərdən istifadəyə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı