Dövlət məvacibi

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlət məvacibi (public salary) – dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Xüsusi hallarda vəzifə maaşları üçün müxtəlif əmsallar (məsələn, yerli əmsallar) müəyyən edilə bilər.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı