Dövlət sektoru

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlət sektoru (public sector) – bu terminlə dövlət mülkiyyətində olan və dövlət büdcəsinin vəsaitləri ilə maliyyələşdirilən müəssisə və təşkilatlarin məcmusu ifadə olunur. Dövlət sektorunun ÜDM-dəki və büdcə gəlirlərinin formalaşmasındakı payı aralarında uyğunluğun ola biləcəyi 2 mühüm göstəricidir. “Dövlət sektoru” anlayışı ilə yanaşı, “özəl sektor” və ya “xüsusi sektor” anlayışları da mövcuddur ki, bu da xüsusi mülkiyyətdə olan və dövlət büdcəsindən birbaşa maliyyələşməyən müəssisə və təşkilatların cəmini ehtiva edir.


Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı