Dövlətdaxili borc

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlətdaxili borc (public internal/domestic debt) – dövlət proqramlarının və sifarişlərinin həyata keçirilməsi zamanı əhalidən və müəssisələrdən vəsaitlərin cəlb olunması ilə əlaqədar yaranır. Daxili borc əvvəlki illərin borclarını və yenidən yaranmış borcları əhatə edir. Daxili borc qiymətli kağızların buraxılması vasitəsilə həyata keçirilən dövlət istiqrazları, kreditlər və hökumət tərəfindən zəmanət verilən digər borc öhdəlikləri şəklində ola bilər. Borc öhdəlikləri qısamüddətli (1 ilə kimi), ortamüddətli (1 ildən 5 ilə kimi) və uzunmüddətli (5 ildən 30 ilə kimi) olur.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı