Dövlətin gəlirlər siyasəti

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlətin gəlirlər siyasəti (government’s income policy) – dövlətin gəlirlər siyasəti sosial siyasətin tərkib hissəsi olmaqla 2 mühüm məsələnin həllinə yönəlmişdir:

1) Sosial təminat sistemi vasitəsilə əhalinin yoxsul təbəqələrinə birbaşa yardım göstərilməsi.

2) Əhalinin gəlir və əmanətlərinin inflyasiya nəticəsində dəyərdən düşməsinin qarşısını almaq (indeksasiya vasitəsilə).

Bu siyasət gəlirlərin dövlət büdcəsi vasitəsilə təkrarbölgüsü prosesindən birbaşa asılıdır. Belə təkrarbölgü diferensial vergitutmaya əsaslanaraq milli gəlirin müəyyən hissəsinin əhalinin yüksək gəlirli təbəqələrindən aşağı gəlirli təbəqələrinə doğru hərəkətini təmin edir. Sosial transferlər siyasətin mühüm icra vasitəsidir. Sosial transferlər – vətəndaşlara keçmişdə və indi, təsərrüfat fəaliyyətində iştirakından asılı olmayaraq verilən natural və ya pul ödənişləri sistemidir. Dövlət öz gəlirlər siyasəti vasitəsilə nəinki aztəminatlı ailələrin gəlirlərini artırır, işçi qüvvəsinə normal həyat şəraiti yaradır, həmçinin sosial gərginliyin azalmasına cəhd göstərmiş olur.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı