Dövriyyə kapitalı

From ..::Banker.az::..
Jump to: navigation, search

Working capital - 1) Məhsuldar kapitalın bir hissəsi olmaqla dəyəri istehsal olunmuş məhsulun üzərinə tam keçən və məhsulun reallaşmasından sonra pul və ya dəyər formasında geri qayıdan, başqa sözlə, istehsal prosesi zamanı birbaşa istehsal olunmuş məhsulun, göstərilən xidmətin, görülən işin üzərinə qoyulan kapital; 2) Şirkətin öz sabit əməliyyatlarının maliyyələşdirilməsinə imkan verən və tez bir zamanda pula çevrilə bilən aktivlər. Dövriyyə kapitalı pul vəsaitlərindən, asan reallaşan qiymətli kağızlardan, debitor borclarından, material-istehsal ehtiyatlarından, hazır məhsuldan, bitməmiş istehsaldan, materiallardan, dəst məmulatlardan və gələcək dövrün xərclərindən formalaşır. Dövriyyə kapitalı likvidlik meyarına – müəssisənin vəsaitlərinin nağd pula çevrilməsi qabiliyyətlərinə görə qiymətləndirilir və şirkətin maliyyə vəziyyətinin sabitliyinin vəziyyətini göstərir.



Yerli Iqtisadi Inkisaf Mərkəzi