Deklarasiya

From ..::Banker.az::..
Revision as of 16:21, 19 November 2011 by Yeganem (talk | contribs) (Created page with "'''Deklarasiya''' (bəyannamə) – (latınca ərizə, bəyannamə deməkdir). Deklarasiyanın gömrük (sərhəddi keçmək üçün qiymətli əşyaların adları, sayı, qiymə...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Deklarasiya (bəyannamə) – (latınca ərizə, bəyannamə deməkdir). Deklarasiyanın gömrük (sərhəddi keçmək üçün qiymətli əşyaların adları, sayı, qiyməti, qablaşdırma növü və sairi göstərilməklə gömrükxanaya təqdim edilən ərizə), poçt (sərhəddən kənara göndərilən pul və qiymətli paketlərə əlavə edilmiş poçt sənədi) vergi (gəlirinin, əmlakının və sairin miqdarı haqqında verginin ödənilməsinə cəlb olunan şəxsin ərizəsi) kimi növləri vardır.



Deklarasiya (bəyannamə) - (latınca - declaratio - bəyanat, elan) - vergi və rüsumların ölçüsünü müəyyən etmək üçün qanun və iqtisadi davranış qaydaları ilə nəzərdə tutularaq gəlirlər və ya daşınan əmtəənin miqdarı haqqında müvafiq dövlət orqanının tələbini əks etdirən elan, bildiriş, məlumat. Vergi deklerasiyaları vergitutma gəlirləri haqqında, gömrük deklarasiyaları sərhəddən keçirilən əmtəələrin vergiyə cəlb olunan əmlak bəyannamələrini əks etdirir. Deklerasiya təqdim edən şəxs deklarant adlandırılır.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com