Direktorlar şurası (İdarə heyəti)

From ..::Banker.az::..
Jump to: navigation, search

Board of directors - Səhmdar cəmiyyətinin kollegial idarəetmə orqanı. Bu orqanın üzvləri səhmdarların ümumi yığıncağında seçilir. Direktorlar Şurası ingilis-sakson dilli ölkələrdə yaradılır ki, burada səhmdar cəmiyyətlərin idarə edilməsinin “bir səviyyəli” strukturu fəaliyyət göstərir. Baxmayaraq ki, Direktorlar Şurası ayrı-ayrı şirkətlərin spesifik milli şərtlərini və xüsusiyyətlərini əks etdirir, onların hamısı oxşar funksiyalara və səlahiyyətlərə malikdir: onlar ümumi strateji rəhbərliyi həyata keçirir, administrasiyanın fəaliyyətini təşkil edir, istiqamətləndirir və nəzarət edir, illik və perspektiv planları və hesabları təsdiq edir, səhmdar cəmiyyətinin siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında, rəhbərliyin təyin olunmasında və dəyişdirilməsində (əvəz olunmasında) iştirak edir. Direktorlar Şurasının tərkibinə səhmdar cəmiyyətinin ali idarə edənlərindən (rəhbərlərindən) savayı, bu şirkətdən asılı olmayan xarici üzvlər də daxil olur. “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Direktorlar Şurası funksiyasılı İdarə heyəti yerinə yetirir.



Yerli Iqtisadi Inkisaf Mərkəzi