Dou-Cons Sənaye (Səhmləri) İndeksi

From ..::Banker.az::..
Jump to: navigation, search

Dow Jones Industrial Average (DJIA)- ABŞ səhm bazarlarının ən qədim barometrlərdən biridir. DCSİ və ya Dou Cons həm dünyanın ən böyük fond birjalarında səhm qiymətləri üçün bençmark olduğuna görə və həmdə ABŞ iqtisadiyyatının dünyadakı əhəmiyyətinə görə bütün dünyada investorlar tərəfindən izlənilir. İndeks özünə yalnız NYFB-na daxil olan 30 ən böyük ABŞ səhmini daxil edir. Bu indeks iştirakçı səhmlərin qiymətlərinin sadə ədədi ortası kimi hesablanır. Üzv şirkətlərin bazar kapitallaşmasında heç bir çəkisi yoxdur, belə ki, ən böyük və ən kiçik iştirakçının qiymətində baş verən eyni faiz dəyişikliyi indeksdə eyni effektə malik olur.



Yerli Iqtisadi Inkisaf Mərkəzi