Ernst & Young

From ..::Banker.az::..
Revision as of 21:48, 16 December 2011 by Yeganem (talk | contribs) (Created page with "'''Ernst & Young''' - dünyanın ən nəhəng auditor şirkətlərinin «böyük dördlüyünə» daxil olan, bir auditor şirkətidir. Onun baş qərargahı Londonda, Böyük B...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Ernst & Young - dünyanın ən nəhəng auditor şirkətlərinin «böyük dördlüyünə» daxil olan, bir auditor şirkətidir. Onun baş qərargahı Londonda, Böyük Britaniyada yerləşir. Iki şirkətin qovuşması nəticəsində yaranmışdır -əsası 1903-cü ildə Teodor və Elvin Ernst qardaşları tərəfindən qoyulmuş Ernst & Ernst və 1906-cı ildə yenə əsası başqa bir qardaşlar Stenli və Artur Yanq tərəfindən qoyulmuş Arthur Young & Company şirkətləri birləşməyə qərar vermişlər. Nəticədə bugünkü Ernst & Young adı meydana gəlmişdir. Hazırkı zamanda Ernst & Young şirkəti həm audit, həm də konsultasiya xidmətləri göstərir, bu sırada vergi qoyulması məsələləri ilə bağlı konsultasiya xidmətlərini xüsusi qeyd etmək olar. Şirkətin gəlirləri 21,4 milyard ABŞ dollarına yaxın olur. Iş ştatı (əməkdaşların sayı) 114 min insandan çoxdur.