Ev təsərrüfatlarının pul gəlirləri

From ..::Banker.az::..
Jump to: navigation, search

Ev təsərrüfatlarının pul gəlirləri (household income) – əmək gəlirləri, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial transferlər, kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlirlər, mülkiyyətdən əldə olunan gəlirlər, qiymətli kağızların faizləri, dividendlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin gəlirləri, xarici valyutaların satışından əldə olunan gəlirlər və ailə üzvlərinin digər gəlirləri daxildir. Natura şəklində daxil olmuş ərzaq məhsullarının, yardım və güzəştlərin pulla ifadəsi də pul gəlirlərinə aid edilir. Ev təsərrüfatlarının sərəncamda qalan gəlirləri ev təsərrüfatında xərcləri təmin etmək və əmanətlər yaratmaq üçün pul vəsaitlərinin, eləcə də natura şəklində daxil olmuş ərzaq məhsullarının, yardım və güzəştlərin dəyərinin cəmindən ibarətdir. Ssuda və kreditlərin, əvvəl yığılmış pul kütləsinin və ev təsərrüfatlarının ümumi gəlirinin cəmi kimi hesablanır (tədqiqat müddətində ev təsərrüfatının təmin olunmuş xərcləri ölçüsündə).



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı