Fiskal siyasət

From ..::Banker.az::..
Jump to: navigation, search

Fiskal siyasət (fiscal policy) – hökumətin büdcə xərcləri və vergi sistemi ilə bağlı elə tənzimləyici siyasətidir ki, bu, son nəticədə milli gəlirin və xərcləmələrin strukturuna və yenidənbölgüsünə təsir edir. Beynəlxalq praktikada vergi dərəcələrinin artırılması və ya büdcə xərclərinin kəskin azaldılması fiskal siyasəti gərginləşdirən amillər kimi nəzərdən keçirilir. Optimal fiskal siyasət vergi dərəcələrinin dəyişməsinin işgüzar aktivliyə, büdcə xərclərindəki dəyişikliklərin inflyasiya və faiz dərəcələrinə, büdcə kəsirinin isə makroiqtisadi tarazlığa təsirini nəzərə almaqla icra edilməlidir. Bəzi iqtisadi ədəbiyyatlarda büdcə-vergi siyasəti də adlandırılan fiskal siyasət iqtisadi tsikllərdən və monetar siyasətdən də asılıdır. Fiskal siyasətin diskret və avtomatik olmaqla iki növü fərqləndirilir ki, əsas fərq də onların stimullaşdırma funksiyalarının vəziyyəti ilə bağlıdır. Fiskal siyasət mərkəzi hökumətin büdcə mövqeyidir. Məcmu tələbi stimullaşdırmaq üçün vergiləri azaltmaq və ya dövlət xərclərini artırmaq “zəiflədilmiş fiskal siyasətə” istinad edir. Yüksək vergi dərəcələri və dövlət xərclərinin azaldılması fiskal siyasəti gərginləşdirir. Fiskal siyasətin iqtisadi idarəetmədə müvafiq çəkisi ilə bağlı əhəmiyyətli ziddiyyət fiskal siyasətlə əlaqəlidir. Fiskal siyasətdən qısa müddət ərzində iqtisadiyyatı tənzimləmək üçün istifadə olunur və onun yaxın məqsədi borc almağın münasib səviyyəsinin qorunmasının saxlanmasına və qızıl qayda, sabitlik və artım paktı qaydalarına istiqamətlənmişdir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı