Gömrük rüsumu dərəcələri və onların müəyyən edilməsi qaydaları

From ..::Banker.az::..
Revision as of 20:12, 29 November 2011 by 188.253.175.155 (talk) (Created page with "'''Gömrük rüsumu dərəcələri və onların müəyyən edilməsi qaydaları (levels of state custom and their determination rules)''' – rəsmi qanunvericiliyə əsasən, q...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Gömrük rüsumu dərəcələri və onların müəyyən edilməsi qaydaları (levels of state custom and their determination rules) – rəsmi qanunvericiliyə əsasən, qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük rüsum dərəcələri Azərbaycan Respublikasının gömrük sərhədindən mal keçirən hüquqi və fiziki şəxslərdən, sövdələşmə növlərindən və digər amillərdən asılı olaraq dəyişdirilə bilməz. İdxal gömrük rüsumlarının dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təyin edilir. Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün idxal gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur. Bu qanunun müddəalarına uyğun olaraq, Azərbaycan Respublikası tərəfindən tarif imtiyazları verildiyi hallar istisna olmaqla, əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və mənşə ölkəsi müəyyənləşdirilməyən mallara idxal gömrük rüsumlarının dərəcələri iki dəfə artırılır. İxrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların siyahısı, həmçinin xarici iqtisadi tənzimlənmənin qeyri-tarif tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunur.




Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı