Hasilatin pay bölgüsü sazisi

From ..::Banker.az::..
Revision as of 20:54, 29 November 2011 by 188.253.175.155 (talk) (Created page with "'''Hasilatin pay bölgüsü sazisi (production sharing agreement)''' – hazırda bazar iqtisadiyyatının yenicə formalaşdığı ölkələrdə hasilat sənayesində daha geni...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Hasilatin pay bölgüsü sazisi (production sharing agreement) – hazırda bazar iqtisadiyyatının yenicə formalaşdığı ölkələrdə hasilat sənayesində daha geniş yayılmış müqavilə münasibətləri formasıdır. O, ilk dəfə ötən əsrin 60-cı illərində (1966-cı ildə) İndoneziyada tətbiq edilib, sonradan Misirdə, Suriyada və başqa ölkələrdə geniş yayılıb. HPB müqaviləsinin şərtləri adətən ölkənin milli qanunvericiliyində (əksər hallarda hasilatın pay bölgüsü haqqında qanunda) müəyyən edilir. HPB müqavilələrində dövlətə, müəyyən vergi və qeyri-vergi ödənişləri ilə yanaşı, hasil olunan neftin (daha doğrusu, “mənfəət nefti”nin) bir hissəsi də məhsul formasında çatır.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı