Hedc

From ..::Banker.az::..
Jump to: navigation, search

Hedge - Arzu olunmaz qiymət dəyişikliyindən qorunmaq üçün edilən investisiya. Alıcı və ya satıcı tərəfindən özlərinin bizneslərini, yaxud ödəniş vasitələrini bazarda qiymət (məzənnə) dəyişməsi nəticəsində maliyyə itkisindən sığortalamaq (qorumaq) məqsədilə aparılan forvard əməliyyatı. Hedc əməliyyatı möhtəkirlik xarakteri daşımır. Məsələn,satıcı subyekt bir neçə müddət sonra dəyəri ödəniləcək əmtəəni (kommersiya krediti formasında) alıcı subyektə göndərir. Bu halda satıcı subyekt ödəniş günü alacağı xarici valyutanın mümkün mübadilə məzənnəsi riskindən qorunmaq məqsədilə həmin məbləği banka satır. Beləliklə, satıcı ilə bank arasında yaranan münasibət hedc adlanır.



Yerli Iqtisadi Inkisaf Mərkəzi