Kağız pullar

From ..::Banker.az::..
Jump to: navigation, search

Kağız pullar - dövlətin rəsmi pullara güc və rol verdiyi xüsusi kağızda çap olunmuş pul nişanları. Kağız pullar mahiyyətcə dekret (şərti) pullardır. Belə ki, onların həqiqi dəyəri kağız nişanın hazırlanmasına sərf olunan xərclərlə ölçülür. Kağız pullar onların istehsal ucuzluğu və tədavül rahatlığı nöqteyi-nəzərindən istifadə predmetidir. Tarixi inkişaf prosesində kağız pullar metal pulları əvəzləmişdır. Onlar saxtalanmadan qorunmaq üçün bir neçə mühafizə dərəcəsi olan xüsusi kağızlarda çap edilir.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com