Kartın aktivləşdirilməsi

From ..::Banker.az::..
Jump to: navigation, search

Kartın aktivləşdirilməsi onun vasitəsi ilə keçirilən əməliyyatlara buraxılması zamanı kredit təşkilatı tərəfindən təyin etdiyi məhdudiyyətlərin ləğv olunması üçün lazımdır. Aktivləşdirmə pulsuz yerinə yetirilir. Kart aktivləşdirilməyincə ondan istifadə etmək mümkün deyil.

Kartı bir neçə üsulla aktivləşdirmək olar:

- bankomatda PİN-koddan istifadə etməklə hər hansı bir əməliyyatı yerinə yetirmək olar, məsələn, qalığı soruşmaq olar, bu ən çox yayılmış variantdır;

- bankın gecə-gündüz yardım xidmətinə zəng edərək əməkdaşa öz kartınızın nömrəsini və fərdi məlumatları xəbər verməklə;

- şəxsiyyət vəsiqəsi və kartla bankın şöbəsinə müraciət etməklə.

Kartın aktivləşdirilməsindən sonra onun arxa tərəfində sahibinin imzası yerində imza atmaq lazımdır.

Belə kartı poçt vasitəsi ilə aldıqda, onu aktivləşdirməkdən əvvəl qoşma məktubda, müqavilədə və sairədə olan məlumatı diqqətlə öyrənin. Aktivləşdirmənin şərtləri və prosedurları məktubda təsvir olunmalıdır.

Əgər sizə poçt vasitəsi ilə alınan kart lazım deyilsə, sonradan ondan heç kimin istifadə etməməsi üçün yaxşı olar ki, onu məhv edəsiz. Eləcə də bankda belə növ göndərmələri dayandırmaq haqqında ərizə yazmaq olar.