Kartın blokirovkası

From ..::Banker.az::..
Jump to: navigation, search

Kartın blokirovkası - bank kartı üzrə əməliyyatların keçirilməsi imkanının dayandırılmasıdır. İki tip blokirovka mövcuddur.

Birincisi müştərinin banka kartın itməsi, korlanması yaxud kartın PİN-kodunun itməsi haqqında məlumat verdiyi halda baş verir. Belə halda kart haqqında məlumat onun dələduzluq məqsədləri ilə istifadə olunmasının qarşısını almaq üçün ödəmə sisteminin (məsələn VİSA yaxud MasterCard) stop-vərəqinə yazılır. Bu əməliyyat üçün bank-emitent ödəmə sisteminə müştəridən kartın blokirovkası üçün alınan komissiyaya orta hesabla müvafiq olan komissiya odəyir. Belə blokirovka onlayn və offlayn transaksiyaların olmasını mümkünsüz edir.

Blokirovkanın ikinci tipi kart üzrə şübhəli transaksiyaların olduğu zaman bank tərəfindən həyata keçirilir. Belə halda bank blokirovkanı öz prosessinq mərkəzi səviyyəsində keçirir, onlayn rejimində əməliyyatlar keçirmək mümkün olmur. Bir qayda olaraq müştəri belə blokirovka üçün komissiya ödəmir.