Kobrend kartı

From ..::Banker.az::..
Jump to: navigation, search

Kobrend kartı - istifadə zamanı güzəşt yaxud bonus almaq imkanı verən bankın bir yaxud bir neçə şirkət-partnyorları ilə müştərək təklifidir.

Kobrend proqramlarını bankların partnyorlarının işlədiyi sənaye sahələri üzrə təsnif etmək olar. Birinci dərəcəyə (həm müştəri sayı, həm kart üzrə dövriyyə səbəbindən) avia şirkətlərlə olan layihələr aiddirlər. İkincisi mağazalarla, univermaqlarla, supermarketlərlə, iri şəbəkələrlə olan müştərək layihələrdir. Üçüncüsü, benzin doldurma məntəqələri şəbəkəsi ilə olan layihələrdir. Və dördüncüsü, şəbəkə operatorları ilə olan layihələrdir.