Kooperasiya

From ..::Banker.az::..
Revision as of 23:52, 25 November 2011 by 188.253.181.2 (talk) (Created page with "'''Kooperasiya''' - (latınca - cooperatio - əməkdaşlıq) - 1) kollektiv sahibkarlıq üçün könüllü üzvlülük əsasında fiziki şəxslərin birləşməsi. Kooperasiy...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Kooperasiya - (latınca - cooperatio - əməkdaşlıq) -

1) kollektiv sahibkarlıq üçün könüllü üzvlülük əsasında fiziki şəxslərin birləşməsi. Kooperasiya geniş mənada birgə fəaliyyət, birgə təsərrüfat təşəbbüslərinin reallaşdırılması, təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin üsul və formaları kimi xarakterizə edilir. Hər hansı iqtisadi fəaliyyət sahəsində insanların könüllük əsasında baş verən əməkdaşlığı da kooperasiya anlayışı ilə ifadə olunur;

2) istehsal məhsulunun bölgüsü, kommersiya əməkdaşlığı, risklərin qarşılıqlı təminatı, investisiyaların ümumi müdafiəsi və sənaye sirlərinə əsaslanan bir və ya bir neçə ölkədən xarici partnyorların iştirakı ilə qurulan müştərək və ya qarşılıqlı razılaşmış istehsalın universal təşkil etmə forması.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com