Kredit üçün ərizə

From ..::Banker.az::..
Jump to: navigation, search

Kredit üçün ərizə - hər bir kreditin alınması zamanı potensial borc alana ən əvvəl özü haqqında banka lazım olan bütün məlumatı göstərməklə anket-ərizəni doldurmaq lazımdır. Anketdə göstərilən məlumatlara əsaslanaraq bank borcun verilməsi haqqında qərar qəbul edəcək.

Bu gün bazarda kredit təşkilatları tərəfindən təklif olunan iki variant anketə rast gəlmək olar.

Birinci anket borc alanın ödəmə qabiliyyətli olmasını qiymətləndirmək haqqında sadəcə məlumat mənbəyi kimi xidmət edir. Bu anket əsasında müsbət qərar olduqda, bank tərəfindən kredit müqaviləsi bağlanır. Belə sxem çox sayda maliyyə institutlarında işləyir.

Anket-ərizənin digər variantı eyni zamanda kreditləşmə razılaşmasının bağlanması haqqında borc alanın banka olan ofertasıdır . Bu, bankın belə kreditə olan müraciətə razı (aksept) olması, avtomatik kredit üzrə müqavilə olması deməkdir. Başqa sözlə, borc alana bir daha banka müqaviləyə imza atmaq üçün gəlmək lazım deyil. Bir tərəfdən bu rahatdır, lakin digər tərəfdən əgər potensial borc alan kredit almaq fikrini dəyişsə, - bu ciddi problemə çevrilə bilər. Çünki Mülki məcəlləyə görə ofertanı onun aksept edildiyinə qədər, yəni bankın sifarişi təsdiq etməyinə qədər geri çağırmaq olar, sonra isə bunu etmək mümkün deyil. Bu səbəbdən əgər müştəri bank tərəfindən ofertanı aksept etdiyinə qədər kreditdən imtina etməyə çatmasa, bu halda o banka kredut razılaşmasının ləğv edilməsi haqqında ərizə verməlidir və burada əmələ gələn borcu ödəməlidir.