Leveric

From ..::Banker.az::..
Jump to: navigation, search

Leveric - geniş iqtisadi ampulada çıxış edən leveric anlayışı əsasən təsbit olunmuş və olunmamış gəlirlərdə, qiymətli kağızlara kapital qoyuluşuna, əmtəə ehtiyatlarının kapital məbləğinə, xüsusi kapitalın borc kapitalına nisbəti kimi çoxməzmunlu mahiyyət daşıyır. Leveric həm də təşkilatın investisiya siyasətinin səmərəliliyinin, maliyyə və istehsal riskinin dərəcəsini qiymətləndirən iqtisadi metoddur. Praktiki prizmada levericə istehsal-maliyyə fəaliyyətinin nəticələrinin nisbi dəyişməsinə təsir edən iqtisadi alət kimi də yanaşılır. Çoxnövlü olmasına baxmayaraq, əsasən üç - istehsal, maliyyə və maliyyə-istehsal formasında çıxış edir.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com