Limit (sərhəd, hədd)

From ..::Banker.az::..
Jump to: navigation, search

Limit - Hədd, sərhəd, məhdudiyyət, norma və bu kimi bir sıra sinonimləri olan bu termin maliyyə bazarlarında, əsasən, hər hansı bir kəmiyyətə müəyyən məhdudiyyətlər qoyulmasını ifadə edir. Bu baxımdan, aşağıdakıları misal gətirmək olar: Broker limiti - fond bazarında investorun, müştərinin öz brokerinə bazarda əməliyyat aparmaqla bağlı müəyyənləşdirdiyi ən yüksək və ən aşağı qiymət səviyyəsi. Bu limit brokerə investorun sahib olduğu maliyyə alətləri ilə, bir qayda olaraq, həmin qiymət aralığında alqı-satqı əməliyyatları aparmağa imkan verir. Valyuta əməliyyatları limiti banka hər hansı xarici valyutada əməliyyat aparmaqla bağlı müəyyənləşdirilmiş hədd. Bu hədd xaricində əməliyyat qeydə alındıqda bank müvafiq institutlar tərəfindən sanksiya və cərimələrə məruz qala bilər.Dövlət borcunun limiti – (i) Bir maliyyə ili ərzində dövlətin daxili və xarici iqtisadi subyektlərdən cəlb etdiyi borc vəsaitlərinin həc minin müvafiq hökumət orqanı tərəfindən müəyyənləşdirilən yuxarı həddi. Beləliklə, həm daxili, həm də xarici dövlət borcunun limiti ayrı-ayrılıqda müəyyənləşdirilir. Hökumətin müvafiq maliyyə orqanı tərəfindən bilavasitə özünün istifadəsi, yaxud öz adından cəlb edərək istifadəçiyə ötürmək məqsədilə və ya dövlət zəmanəti əsasında alınan kreditlərin həcmi həmin limiti aşa bilməz. (ii) Dövlətin faktiki borc öhdəliklərinin əsas makro-iqtisadi göstəricilərə nisbətinin limitləşdirilməsi. Bu halda dövlət borcu limiti bilavasitə dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Müxtəlif iqtisadi nəzəriyyələrdə dövlət borcu limiti ilə bağlı fərqli yanaşmalar mövcuddur. Hal-hazırda aparıcı beynəlxalq maliyyə institutları (BVF, DB və s.) tərəfindən tövsiyə olunan normalara əsasən xarici dövlət borcunun limiti hesabat ilində ÜDM-nin 40%-i, əmtəə və xidmətlər ixracının 250%-i, xarici dövlət borcunun ödənişləri üzrə xərclərin məbləği ixracın 25%-i həcmi nə qədər qənaətbəxş hesab olunur. Kredit limiti – bir qrup ölkələrdə bankın yerləşdirdiyi kredit vəsa itləri ilə bağlı hədd, limit. Bu limitə görə adətən hər hansı müştəri bankın şəxsi vəsaitlərinin 10%-dən çox həcmdə kredit vəsaiti əldə edə bilməz.





Yerli Iqtisadi Inkisaf Mərkəzi