Müdaxilə (intervensiya)

From ..::Banker.az::..
Jump to: navigation, search

Intervention - Qiymətin, məzənnənin iqtisadi vasitələrlə artırılması, yaxud azaldılması məqsədilə bu və ya digər orqan tərəfindən maliyyə bazarının tənzimlənməsi. Müdaxilə iqtisadiyyatın dövlət tənzimlənməsinin başlıca alətlərindən biridir.Birja müdaxiləsi - böyük həcm də qiymətli kağızların satın alınması, yaxud satılması, yerləşdirilməsi yolu ilə onların birja məzənnələrinin tənzimlənməsi (artırılması və ya azaldılması). Adətən birja intervensiyası birja da möhtəkir əməliyyatlarının məhdudlaşdırılması məqsədilə həyata keçirilir.Forvard müdaxiləsi – ölkənin mərkəzi bankı tərəfindən forvard bazarında milli valyutanın nağd ödənişləri nəticəsində məzənnənin tənzimlənəsi istiqamətində aparılan əməliyyatlar. “İntramarqinal” müdaxilə Avropa valyuta sisteminə daxil olan ölkələrin mərkəzi bankları tərəfindən vahidlik prinsipi əsasın da həyata keçirilən valyuta müdaxiləsi. Valyuta müdaxiləsi – mərkəzi bank qismində hökumət tərəfindən valyuta bazarının tənzimlənməsi tədbirləri. Mərkəzi bank ölkənin valyuta birjasında xarici valyutanın iri həcmdə yığılması, alınması, yaxud yerləşdirilməsi, satılması yolu ilə milli valyutanın məzənnəsini tənzimləyir. Adətən, mərkəzi bank beynəlxalq maliyyə institutları, xüsusilə də BVF tərəfindən təqdim olunan məqsədli kreditlər vasitəsilə valyuta intervensiyası həyata keçirir. İEÖ-lərdən fərqli olaraq İEOÖ və keçid iqtisadiyyatlı ölkələrdə valyuta intervensiyasına tez-tez müraciət olunur. Razılaşdırılmış müdaxilə valyuta kurslarını korrektə etmək məqsədilə bir neçə Mərkəzi bankın birgə fəaliyyətidir.



Yerli Iqtisadi Inkisaf Mərkəzi